AKF rəhbərliyi Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı Gürcüstana səfər edib

Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı silsilə tədbirlər və aksiyalar davam edir.

Sportline.az xəbər verir ki, Azərbaycan Kikboksinq Federasiyası bu məqsədlə Gürcüstana səfər edib.

Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini, Gənclər və idman komitəsinin sədri, Azərbaycan Kikboksinq Federasiyasının fəxri prezidenti Adil Əliyev, federasiyanın prezidenti Orxan Əliyev və  idarə heyətinin üzvləri Tbilisidə Botanika bağı ərazisində Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı ağacəkmə aksiyasında iştirak ediblər. Daha sonra görkəmli azərbaycanlı ictimai xadimlərin məzarlarını ziyarət ediblər.

Həmçinin AKF rəhbərliyi Gürcüstana səfəri çərçivəsində Marneulidə kikboksçularla görüşüb. Federasiya adından idmançılara idman ləvazimatları hədiyyə olunub.