Aksel Disasinin yeni klubu bilinib

"Çelsi"nin fransalı futbolçusu Aksel Disasi "Aston Villa" klubuna keçməyə yaxındır.

Sportline.az insayder Fabritsio Romanonun məlumatına istinadən xəbər verir ki, Birmingem klubu bu keçid üçün "Çelsi"yə 30 milyon avro ödəyəcək.

Disasi bu mövsüm 17 rəsmi matçda iştirak edib. Aktivində 2 qol və 2 məhsuldar ötürmə var.

Qeyd edək ki, 26 yaşlı futbolçunun "Çelsi" ilə müqaviləsi 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub.