Aktürkoğlu ən bahalı futbolçu olacaq

Türkiyə millisinin futbolçusu Kerem Aktürkoğlu karyerasını Rusiyada davam etdirəcək.

Sportline.az xəbər verir ki, Moskva "Spartak"ı onun transferini yekunlaşdırmaq üzrədir.

"Milliyyet"in verdiyi məlumata görə, artıq tərəflər arasında tam razılıq əldə olunub. 

"Qalatasaray"ın vingeri yeni klubunda ilinə 3 milyon avro qazanacaq.

Bununla o, Moskva təmsilçisinin ən çox məvacib alan futbolçusu olacaq.

Qeyd edək ki, "Qalatasaray"ın bu keçiddən 13 milyon avro əldə edəcəyi bildirilir.