Alaba İstanbul klubuna transfer olmağa yaxındır

"Real Madrid"in avstriyalı stopperi David Alaba "Qalatasaray"ın maraq dairəsinə düşüb.

Sportline.az xəbər verir ki, bu haqda "Defensa Central" nəşri məlumat yayıb.

33 yaşlı futbolçu gələn ilin yayında azad agent statusunda olacaq.

Qeyd edək ki, Alabanın hazırkı dəyəri 4 milyon avrodur.