Albaniyalı hücumçu “Sivasspor”un tarixinə düşüb

“Sivasspor”un hücumçusu Rey Manay klub tarixinə düşüb.

Sportline.az Beinsports.com-a istinadla xəbər verir ki, 27 yaşlı futbolçu “Sivasspor”da bir mövsüm ərzində ən çox qol vuran oyunçu ünvanının sahibi olub.

Rey Manay 34 həftəsi geridə qalan Super Liqada 18 qol vurub.

Daha əvvəl “Sivasspor”da Aatif Şeyşu 2013-2014 mövsümünü 17, Mişel Eneramo 2011-2012 mövsümünü 14, Mehmet Yıldız 2007-2008 mövsümünü 14 qolla tamamlamışdı.

Qeyd edək ki, Rey Manay qol krallığı yarışında İkardi (21) və Cekonun (20) ardından 3-cü sırada qərarlaşır.