Aleks De Souza məşqçi kimi Türkiyəyə qayıda bilər

"Fənərbağça"nın əfsanə futbolçusu Aleks De Souza Türkiyəyə qayıda bilər.

Sportline.az Ntvspor.net-ə xəbər verir ki, "Antalyaspor"un prezidenti Sinan Boztəpə mövsümün sonu müqavilə bitəcək Sergen Yalçın ilə yeni kontrakt imzalamadıqları təqdirdə , Aleks De Souzanın da məşqçi kimi nəzərdən keçirəcəklərini bildirib.

Aleks De Souza 2004-2012-ci illərdə "Fənərbağça"nın şərəfini qoruyub. Kapitanlığa qədər yüksəldiyi klubda 344 oyuna çıxan Aleks 171 qol və 145 məhsuldar ötürmə ilə yadda qalıb. 

Braziliyalı keçmiş futbolçu bu illər ərzində Türkiyə klubu ilə 3 Super Liqa çempionluğu yaşayıb.

Qeyd edək ki, məqşqçilik karyerasına 2021-ci ildə başlayan Aleks qısa bir müddət "San Paulo"nun U23 komandasını və "Avai" klubunu  çalışdırıb