Aleksandr Kerjakov Qazaxıstan Liqasında iyul ayının ən yaxşı baş məşqçisi seçilib

"Kayrat"ın rusiyalı çalışdırıcısı Aleksandr Kerjakov iyul ayının nəticələrinə əsasən Qazaxıstan çempionatının ən yaxşı baş məşqçisi seçilib.

Sportline.az Sport24.ru-ya istinadla xəbər verir ki, səsvermə çempionatdakı komandaların baş məşqçilərinin iştirakı ilə keçirilib.

Ötən ay "Jenis"lə 1-1 hesablı bərabərliyə razılaşan "Kayrat" "Şaxtyor"u 3-0 hesabı ilə məğlub edib. Komanda çempionatın lideridir.

Qeyd edək ki, Kerjakov 2024-cü ilin iyun ayından komandaya rəhbərlik edir. "Sarı-qaralar" ikinci pillədə yer alan Aktobeni 1 xal qabaqlayır.