Aleksandr Səmədov: "Favoritim İspaniyadır"

Rusiya millisi və "Spartak"ın sabiq futbolçusu Aleksandr Səmədov Avropa çempionatı ilə bağlı düşüncələrini bölüşüb.

Sportline.az xəbər verir ki, azərbaycan əsilli yarımmüdafiəçi yarımfinalın İspaniya - Fransa duelində ispanların imkanlarını yüksək qiymətləndirib.

"İspaniya mənim favoritimdir. İlk oyundan sonra bu qənaətə gəlmişəm. Fransalıların həm müdafiədə, həm yarımmüdafiədə, həm də hücumda yaxşı futbolçuları var. Amma, düşünürəm ki, ispaniyalılar daha üstün oynayacaqlar. Onların finala çıxmağını istəyirəm", - deyə Səmədov sport-express.ru-nun suallarını cavablandırıb. 

Qeyd edək ki, İspaniya - Fransa matçı sabah Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.