Aleksis Mak Allister İspaniya nəhənginin radarına düşüb
"Liverpul"un argentinalı futbolçusu Aleksis Mak Allister karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
Sportline.az "Daily Express" nəşrinə istinadən xəbər verir ki, "Real Madrid" Mak Allister üçün "Liverpul"la danışıqlara başlayıb.
26 yaşlı futbolçunun transfer qiyməti 90 milyon avro olaraq təyin olunub.
Qeyd edək ki, Mak Allister bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 45 matçda 6 qol və 5 asistlə yadda qalıb.
Onun "Liverpul"la müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.