Aleksis Makallister bu ada layiq görülüb
UEFA Çempionlar Liqasının liqa mərhələsinin 8-ci turu çərçivəsində keçirilən "Liverpul" - "Qarabağ" oyununun ən yaxşı futbolçusu bəlli olub.
Sportline.az xəbər verir ki, "mersisaydlılar"ın heyətində Aleksis Makallister bu ada layiq görülüb.
O, oyunda dubl edib.
Qeyd edək ki, qarşılaşmada "Qarabağ" 0:6 hesabı ilə uduzsa da, turnir cədvəlini 10 xalla 22-ci sırada başa vurub və pley-offa adlayıb.