Aleksis Sançez "Mançester Siti"də?
Aleksis Sançezin mövsümün sonunda "Arsenal"la yollarını ayıracağı gözlənilir.
SportLine.az goal.com saytına istinadən xəbər verir ki, çilili forvard digər Premyer Liqa nəhənglərinin hədəfindədir. "Çelsi" və "Mançester Yunayted" futbolçunun xidmətində maraqlı olsa da, A.Sançezin "Mançester Siti"yə keçidi daha real görünür. Pep Quardiola ilə münasibəti yaxşı olan futbolçunun "şəhərlilər"lə ilkin razılıq əldə etdiyi bildirilir. Tərəflərin mövsümün sonunda münasibətləri rəsmiləşdirəcəyi gözlənilir.
Qeyd edək ki, 28 yaşlı hücumçu 2014-cü ildən "topçular"ın şərəfini qoruyur.