Alisson sıx oyun qrafikindən şikayətlənib

"Liverpul"un braziliyalı qapıçısı Alisson Beker mövsüm ərzində keçirilən oyun sayına öz etirazını bildirib.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, 31 yaşlı qapıçı məsələ ilə bağlı fikirlırini bölüşüb.

"Heç kim sıx oyun qrafiki barədə bizim firkimizi soruşmur. Amma hamı bilir.Mən deyim.Artıq bezmişik" deyə təcrübəli qapıçı bildirib.

Qeyd edək ki, bu mövsüm Mersisayd klubunun heyətində 4 oyun keçirən Alisson 1 qol buraxarkən 3 görüşdə qapısını toxunulmaz saxlayıb. Onun komandası İPL-də 9 xalla 4-cü pillədə qərarlaşır.