Almaniya millisinin üzvü mövsümü başa vurub

Çempionlar Liqasının yarımfinalının "Real"la cavab oyununda zədələnən "Bavariya"nın hücumçusu Serj Qnabrinin durumu ciddidir.

Sportline.az Beinsports.com-a istinadla xəbər verir ki, almaniyalı futbolçunun ayağında əzələ yırtığı aşkarlanıb.

Klubdan verilən açıqlamada Qnabrinin mövsümün qalanında iştirak edə bilməyəcəyi bildirilib.

Almaniya mətbuatı isə yazıb ki, Qnabrinin Avro-2024-də çıxış etməsi də risk altındadır.

Qeyd edək ki, Qnabri "Real"la matçın 27-ci dəqiqəsində zədələnib və Alfonso Deyvislə əvəzlənib. O, bu mövsüm "Bavariya"da 20 oyuna 5 qol vurub, 3 qol ötürməsi edib.