Almaniyada keçiriləcək AVRO 2024-ün rəsmi mahnısı təqdim olunub
"Meduza", "OneRepublic" və "Leony" qruplarının ifa etdiyi mahnı "Fire" (Alov) adlanır.
Sportline.az Championat.com-a istinadla xəbər verir ki, bu gün AVRO 2024-ün rəsmi mahnısının təqdimatı olub.
14 iyun-14 iyul tarixlərində keçiriləcək turnirə Almaniyanın 10 şəhəri ev sahibliyi edəcək.
Qeyd edək ki, UEFA ötən günlərdə Avropa Çempionatında çıxış edəcək komandaların 23 nəfərlik heyətini 26 nəfərə qədər genişləndirməsinə icazə vermişdi.