Almeyda: “Qarşıda bizi nəsə əla bir şey gözləyir”

“Qarabağ”ın yarımmüdafiəçisi Riçard Almeyda hesab edir ki, qarşıda avrokubokda “onları əla nəsə gözləyir”.

Sportline.az xəbər verir ki, o, bu barədə özünün İnstaqram səhifəsində yazıb. 

Dünən “Frayburq”a qarşı Avropa Liqasının qrup mərhələsinin son matçından (1:1) sonra Almeyda sosial media hesabında yazıb: “Bu komandanın bir hissəsi olmağımla fəxr edirəm. Mən bilirəm ki, qarşıda bizi nəsə əla bir şey gözləyir. Gəlin, irəliləməyə davam edək”.

Xatırladaq ki, “Qarabağ” qrupu üçüncü yerdə başa vurub. Komanda Avropa kubokunda mübarizəni Konfrans Liqasının pley-off mərhələsində davam etdirəcək.

Banner