​"Alov qüllələri"ndən Şahmat Olimpiadasına dəstək

Bakının ən möhtəşəm binalarından sayılan "Alov qüllələri" 42-ci Ümumdünya Şahmat Olimpiadasının təbliğatına dəstək verməyə başlayıb.

Bakı Şahmat Olimpiadasının mətbuat xidmətindən SportLine.az saytına verilən məlumata görə, gecə saatlarında orijinal işıqlandırma sayəsində binaların üzərində vizual olaraq şahmat fiqurları canlandırılır.

Hərəkətli fiqurlarla yanaşı şahmatın müxtəlif elementləri Bakı sakinləri və şəhərimizin qonaqlarını 42-ci Şahmat Olimpiadasına dəvət edir.

Bakı Şahmat Olimpiadasının təntənəli açılış mərasimi sentyabrın 1-də Milli Gimnastika Arenasında keçiriləcək. Yarış Bakı Kristal Zalında baş tutacaq. İlk tur sentyabrın 2-də start götürəcək.