Altay Bayındır: "Xorvatiyanı da məğlub edərik"
"Xorvatiyanı da məğlub edərik".
Sportline.az xəbər verir ki, bu sözləri Türkiyə millisnin qapıçısı Altay Bayındır deyib.
"Fənərbağça"lı futbolçu eyni zamanda Xorvatiya ilə matçında doğulduğu Bursa şəhərində keçirilməsinə də diqqət çəkib: "Bursa xalqının dəstəyilə oyunda qalib gəlmək istəyirik. Qazanmaq hər zaman gözəldir. Bu səviyyədəki oyunlar hər zaman çətin keçir. Ermənistanla oyunun qələbəsini düşünərək bu oyunda da Xorvatiyanı məğlub edəcəyimizə inanıram".
Qeyd edək ki, Türkiyə - Xorvatiya matçı sabah 22:45-də başlanacaq.