Alvarez “Barselona”ya gedir?

“Barselona” yay transfer pəncərəsində hücumçu axtarışlarını prioritet hesab edir.

Sportline.az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.

Bildirilib ki, “Atletiko Madrid”in futbolçusu Xulian Alvares katalonlar üçün hələ də əsas hədəfdir, baxmayaraq ki, argentinalı hücumçu bu mövsüm ən yaxşı çıxışını göstərmir.

Klubun nəzərdən keçirdiyi digər variant isə Harri Keyndir.

İngiltərəli hücumçunun çıxış haqqı 65 milyon avrodur, lakin onun transferi Alvaresdən belə daha çətin görünür.