Amad Diallonun talehinə aydınlıq gəlib

"Mançester Yunayted"in afrikalı futbolçusu Amad Diallonun klubdaki talehinə aydınlıq gəlib.

Sportline.az "ESPN" nəşrinə istinadən xəbər verir ki, İngiltərə klubunun rəhbərliyi A.Dialloya 5 illik yeni müqavilə təklif edib. 22 yaşlı futbolçu bu təklifə müsbət cavab verib.

Diallonun "Mançester Yunayted"lə hazır ki müqaviləsi mövsümün sonunda başa çatacaq.

Qeyd edək ki, gənc hücumçu cari mövsüm çıxış etdiyi 23 matçda 4 qol və 6 asistlə yadda qalıb.

Amad Diallonun transfer dəyəri 30 milyon avrodur.