Amadeu: "Bu dəfə hər şey fərqli olmalıdır"
Futzal üzrə Avropa çempionatınıb ilk turunda bu gün İtaliya ilə qarşılaşacaq Azərbaycan millisinin üzvü Amadeu oyun haqda fikirlərini bölüşüb. SportLine.az UEFA-nın saytına istinadən xəbər verir ki, Amadeu komandasının ciddi sınaq qarşısında olduğunu deyib:
"Bizi çox çətin start oyunu gözləyir. Rəqib, həm son Avropa çempionudur, həm də son qitə birinciliyində bizi ağır məğlubiyyətə uğradıb. Həmin məğlubiyyət bizə çox pis təsir etmişdi. Ancaq, bu dəfə hər şey fərqli olmalıdır".
Xatırladaq ki, İtaliya - Azərbaycan matçının start fiti Bakı vaxtı ilə 00:00-da səslənəcək.