AMK: Kamerun millisi qrupda qaldı
Afrika Millətlər Kubokunda qrup mərhələsinə yekun vurulub.
Sportline.az xəbər verir ki, Əlcəzairdə təşkil olunmuş qitə birinciliyində bu gecə daha 2 qarşılaşma keçirilib.
D qrupunda Mavritaniya yığması Maliyə qalib gələrək qrup lideri kimi 1/4 finala yüksəlib. E qrupunda isə Niger Kamerunu üstələməklə pley-offa vəsiqə qazanıb.
Beləliklə, Kamerun gözlənilmədən qrupda qalıb.
D qrupu
Mavritaniya – Mali - 1:0
Qol: Mamadu İbrahima, 53.
Xal durumu: Mavritaniya – 3. Anqola – 2. Mali – 1.
E qrupu
Niger – Kamerun - 1:0
Qol: Badamassi, 69.
Xal durumu: Niger – 4. Kamerun – 3. Konqo – 1.
1/4 final cütlükləri
Əlcəzair – Fil Dişi Sahili
Seneqal – Mavritaniya
Madaqaskar – Mozambik
Niger – Qana
1/4 final mərhələsinin oyunları 27-28 yanvarda keçiriıəcək.