Amorim "Sportinq"də qalır
"Sportinq"in baş məşqçisi Ruben Amorim karyerasını Lissabon klubunda davam etdirəcək.
Sportline.az xəbər verir ki, bu haqda mütəxəssisin özü məlumat yayıb.
Amorim ESPN-ə açıqlamasında "Mən "Sportinq"də qalıram. Çünki müqaviləmin müddəti bitməyib. Çempionluğu bütün azarkeşlərə həsr edirəm. İndi məqsəd üçüncü çempionluqdur", - deyib.
Qeyd edək ki, "Sportlinq"ə ikinci çempionluq sevinci yaşadan Amorimin "Liverpul" və "Vest Hem" klublarından təklif aldığı bildirilirdi.