"Anadolu Efes" "Türk Telekom"a qalib gəldi, "Qalatasaray" "Karşıyaka" səfərində
Basketbol üzrə Türkiyə Super Liqasında pley-off mərhələsi bu gün start götürdü.
Sportline.az xəbər verir ki, günün ilk oyununda son çempion "Anadolu Efes" "Türk Telekom"la qarşılaşdı.Görüş ev sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşdı. 99-79 .Matçın ən məhsuldar oyunçusu 21 xal, 4 ribaund 3 asistlə Şeyn Larkin oldu.
Günün digər oyununda isə "Karşıyaka" "Qalatasaray"la münasibətləri aydınlaşdıracaq.İzmir keçiriləcək bu görüş saat 21:30-da başlanacaq.
Qeyd edək ki, seriyada 2 qələbəyə çatan komandalar növbəti mərhələyə yüksələcəklər.