Anatoli Nuriyev: "Azərbaycan millisi barədə danışmaq istəmirəm"

Sportline.az Ukraynanın "Minay" klubunun futbolçusu Anatoli Nuriyevin "Report"a eksklüziv müsahibəsini təqdim edir:

- Azərbaycanla nə kimi bağlılığınız var?

- Mən 1996-cı ildə Ukraynanın Mukaçevo şəhərində anadan olmuşum. Burada doğulsam da, Azərbaycanla bağlılığım var. Atamın babası azərbaycanlıdır.

- Nə vaxtsa Azərbaycanda olmusunuz?

- Xeyr, indiyədək heç vaxt bu ölkədə olmamışam.

- Burada qohumlarınız var?

- Deyəsən, hazırda orada yaşayan yaxınlarımız var. Amma ailələr arasında əlaqə, gediş-gəliş yoxdur.

- Futbola necə gəlmisiniz?

- Futbola Mukaçevo şəhərinin "Sokolyat" komandasında başlamışam. 2013 - 2016-cı illərdə "Hoverla"da oynadıqdan sonra "Stal" klubuna keçmişəm. 2018-ci ildən isə "Minay"da çıxış edirəm.

- AFFA-dan Azərbaycan millisində oynamaqla bağlı təklif almısınız. Hazırda məsələ nə yerdədir?

- Hələ milli komanda ilə bağlı suala cavab vermək istəmirəm. Qəti qərar verildikdən sonra bu barədə danışmaq olar. İndi şərh vermək tezdir.

- Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Antalyada oyununuzu izləyib və çox bəyənib. Onunla görüşmək imknanınız oldu?

- Az öncə də dediyim kimi, milli barədə danışmaq istəmirəm. Məsələ həllini tapsın, sonra istədiyiniz suala cavab verəcəyəm.