Ançelotti "Arsenal"a "hə" dedi
İtaliyalı futbol mütəxəssisi Karlo Ançelotti "Arsenal"la razılığa gəlib. SportLine.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
Xəbərə görə, Arsen Vengeri komandadan göndərməyə hazırlaşan rəhbərlik italiyalı ilə bütün məsələləri müzakirə edib. K.Ançelotti 4 illik müqaviləyə qol çəkəcək və bu müddətdə 40 milyon avro qazanacaq.
K.Ançelottinin mövsümün sonunda Londona köçəcəyi gözlənilir.
Qeyd edək ki, A.Venger 1996-cı ildən "topçular"ı çalışdırır.