Ançelotti: “Uzun müddət “Real”da qalmaq istəyirəm”
“Real Madrid”in italiyalı çalışdırıcısı Karlo Ançelotti klubdaki gələcəyi haqqında danışıb.
Sportline.az insayder Fabritsio Romanonun paylaşımına istinadən xəbər verir ki, Ançelotti “Real”da uzun müddət qalmaq niyyətindədir.
“Roma”da işləmək? Xeyr. “Real Madrid”də xoşbəxtəm. Burada uzun müddət qalmaq istəyirəm. Bu klub mənim hərşeyimdir”, - deyə K.Ançelotti bildirib.
Qeyd edək ki, Ançelottinin “Real”la müqaviləsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.