Ançelottidən maraqlı bənzətmə
"Real"ın baş məşqçisi Karlo Ançelotti Cud Bellingemlə bağlı maraqlı fikir səsləndirib.
Sportline.az xəbər verir ki, italiyalı mütəxəssis onun oyun tərzini "Milan"ın və "Real"ın sabiq futbolçusu Kakanın oyun tərzinə bənzətdiyini bildirib.
"Bellingemə oyununa görə hörmət edirlər. O, yalnız qol vurmaqla kifayətlənmir. Çox sadə və zəhmətkeş oğlandır. Keçən dəfə onu Zidanla müqayisə etmişdim. İndi isə onun oyunu daha çox Kakanın oyununa bənzəyir", - deyə Ançelotti Football Espana-ya müsahibəsində bildirib.
Xatırladaq ki, Kaka 2009-2013-cü illərdə "Real"ın formasını geyinib.