Ançelottinin favorit məşqçiləri

Madrid "Real"ını çalışdırıcısı Karlo Ançelotti bəyəndiyi baş məşqçilərin adlarını açıqlayıb.

Sportline.az xəbər verir ki, italiyalı mütəxəssis Mundo Deportivoya müsahibəsində hazırkı çalışdırıcılardan Xabi Alonso ilə Tyaqo Mottanın işini bəyəndiyini bildirib.

Ançelotti bir müddət əvvəl onun haqqında yüksək fikirlər səsləndirən Alonsoya təşəkkür etməyi də unutmayıb.

"Xabi əla oyunçu olduğu kimi, məşqçilik karyerasında da böyük uğurlara imza atacaq", - deyə Ançelotti ispaniyalı mütəxəssisi xüsusi vurğulayıb.

Qeyd edək ki, 2024-cü ildə "Real"la vidalaşacağı gözlənilən Ançelottini məhz Alonsonun əvəzləyəcəyi bildirilir.