Andre Onanadan maraqlı göstərici

İngiltərə Premyer Liqasında 4-cü turun açılış oyununda "Mançester Yunayted" səfərdə "Sauthempton"u 3-0 hesabı ilə məğlub edib.

Sportline.az Championat.com-a istinadla xəbər verir ki, Andre Onana bu görüşdə 2021-ci ildən bəri Premyer Liqada səfər oyununda penalti seyv edən ilk "Mançester Yunayted" qapıçısı olub. 

Sonuncu dəfə 2021-ci ilin noyabrında David De Xea "Uotford"un 11 metrlik cərimə zərbəsini qaytarmışdı.

Qeyd edək ki, Onana bu mövsüm "mankunyanlar"ın heyətində keçirdiyi 4 oyunda 6 qol buraxarkən 1 görüşdə qapısını toxunulmaz saxlayıb.Onun komandası 4 turdan sonra 6 xal toplayıb.