"Anji Arena" yenidən qurula bilər

Dağıstanın rəhbəri Serqey Melikov bildirib ki, "Anji Arena" yenidən qurula bilər.

Sportline.az xəbər verir ki, RB Sport Melikovun sözlərinə bu cür yer verib.

"Qış fasiləsində qazonu dəyişdirməyi planlaşdırırq. Gələcəkdə bu stadionun maddi-texniki bazasının yenidən qurulması və tədricən yaxşılaşdırılması perspektivləri barədə qərar verəcəyik" deyə Dağıstanın rəhbəri bildirib.

"Anji Arena" 2003-cü ildə tikilmiş, sonradan yenidən qurma işləri aparılmış və 2013-cü ildə yenidən istifadəyə verilmişdir.

Qeyd edək ki, Rusiya Premyer Liqasında mübarizə aparan "Dinamo" (Mahaçkala) ev oyunlarını bu stadionda keçirir.