Anridən gözlənilməz qərar
Fransanın 21 yaşadək futbolçulardan ibarət millisinin baş məşqçisi Tyerri Anri komanda ilə yollarını ayırıb.
Sportline.az xəbər verir ki, əfsanəvi futbolçu bununla bağlı açıqlamasında ona göstərilən etimada görə Fransa Futbol Federasiyasına minnətdarlığını bildirib.
Onun gözlənilməz qərarından məyus olan Fransa futbol camiəsi mütəxəssisə gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, Anrinin baş məşqçisi olduğu Fransa millisi Paris Olimpiadasının gümüş mükafatını qazanmışdı.