Ansu Fati "Barselona"nı tərk edə bilər

Ansu Fati qış transfer pəncərəsində "Barselona"nı tərk edə bilər.

Sportline.az xəbər verir ki, bu haqda "Sport.es" məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, Kataloniya klubu icarə təkliflərinə baxmağa hazırdır.

Ansu baş məşqçi Hans Flikin planlarına daxil olsa da, zrdıcıl zədələr futbolçunun heyətdə yer almasına mane olur.

Qeyd edək ki, Fati ötən mövsümün böyük hissəsini icarə əsasında "Brayton"da keçirmişdi.