Antoninin taleyinə aydınlıq gətirildi

Antoni mövsümü "Mançester Yunayted"də keçirəcək. 

Sportline.az xəbər verir ki, bu haqda komandanın baş məşqçisi Erik ten Haq ESPN-ə açıqlamasında bildirib.

Mənbənin məlumatına görə niderlandlı mütəxəssis Ceydon Sançonun gedişindən sonra Antoninin xidmətinə daha çox ehtiyac duyur.

Braziliyalı futbolçunun özü də sərfəli təkliflərə rəğmən Mançesterdə qalmağı üstün tutur. 

Qeyd edək ki, Antoni 2022-ci ildə 95 milyon avro qarşılığında "Ayaks"dan transfer olunmuşdu.