Antonio Konte: "Qarabağ"la görüşdə heyətdə dəyişikliklər olacaq"

UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində sabah keçiriləcək "Çelsi" - "Qarabağ" matçından öncə "zadəganlar"ın baş məşqçisi Antonio Konte jurnalistlərin suallarını cavablandırıb.

SportLine.az xəbər verir ki, mütəxəssis Ağdam təmsilçisi ilə görüşün çətin keçəcəyinə inanır:

“Qarabağ” çox yaxşı komandadır. İlk dəfə bu turnirdə iştirak edəcəklər. İstəklidirlər. Bizim oyun qrafikimiz isə bu günlərdə gərgindir. Bir neçə gün öncə "Lester"lə oynadıq. "Arsenal"la çətin oyun bizi gözləyir. Bunları nəzərə alaraq deyə bilərəm ki, heyətdə dəyişikliklə olacaq. Əks halda, futbolçular belə qrafikə davam gətirə bilməzlər".

A.Konte "Qarabağ" barədə kifayət qədər məlumatı olmasa da, bəzi futbolçuları yaxşı tanıdığını bildirib: 

"İtaliya millisinin baş məşqçisi kimi Azərbaycan seçməsi ilə qarşılaşmışıq və həmin oyunlardan bəzi futbolçular xatirimdədir. Rəqibb barədə kifayət qədər məlumatlı olmasaq da, oyunçuların əksəriyyətinin üslubuna bələdəm".

Xatırladaq ki, "Çelsi" - "Qarabağ" görüşünün start fiti sabah, Bakı vaxtı ilə saat 22:45-də səslənəcək.