APOEL 29-cu dəfə Kipr çempionatının qalibi oldu

Kipr liqasında mövsüm başa çatıb.

Sportline.az xəbər verir ki, çempionluq oyununda AEK "Larnaka" ilə 1-1 hesablı bərabərliyə razılaşan  APOEL 29-cu dəfə Kipr Liqasının qalibi olub.

Son tura eyni xalla daxil olan komandalar Faray və Markinyosun qarşılıqlı qolları ilə meydandan 1 xalla ayrılıblar və öz aralarındakı oyunlara görə üstün olan APOEL kubokun sahibi olub.

Qeyd edək ki, APOEL Kiprin ən çox çempion olan klubudur.