Araz Abdullayev Kipr klubunda

Son günlər Araz Abdullayevin karyerasını xaricdə davam etdirəcəyi ilə bağlı yayılan xəbərlər təstiqini tapıb. SportLine.az xəbər verir ki, futbolçu "Anortosis"lə razılığa gəlib.

"Qəbələ" klubu 25 yaşlı yarımmüdafiəçinin bir il müddətinə icarə əsasında Kiprdə çıxış etməsinə icazə verib. 

Qeyd edək ki, “Qəbələ” Topaz Premyer Liqasının 2017/18 mövsümündə ilk oyununu sabah “İnter”ə qarşı keçirəcək.