Araz Abdullayev Kiprdə ilk qolunu vurdu
Kiprin "Anortosis" klubuna keçən Araz Abdullayev yeni klubunda ilk matçına çıxıb. SportLine.az xəbər verir ki, yoxlama görüşü çərçivəsində Yunanıstanın "Aris" klubu ilə qarşılaşan kiprlilər bərabərliyə razı olublar - 1:1.
63-cü dəqiqədə meydana daxil olan azərbaycanlı yarımmüdafiəçi 83-cü dəqiqədə fərqlənməklə komandasını məğlubiyyətdən qurtarıb.