Araz Abdullayev rəsmən "Anortosis"də

Azərbaycan millisinin və "Qəbələ"nin üzvü Araz Abdullayevin karyerasını Kiprdə davam etdirəcək.

SportLine.az xəbər verir ki, futbolçunun "Anortosis" klubuna keçidi rəsmiləşib. 25 yaşlı yarımmüdafiəçi yeni klubunda icarə əsasında çıxış edəcək. 

Qeyd edək ki, A.Abdullayev "Anortosis"lə bir il müddətinə razılığa gəlib.