"Araz-Naxçıvan"ın oyununda əlbəyaxa dava
Futzal üzrə Çempionlar Liqasının əsas mərhələsinin "Ligeni" (Kosovo) - "Araz" (Naxçıvan) oyununda (6:6) dava düşüb.
Sportline.az xəbər verir ki, matçın sonuncu - 40-cı dəqiqəsində Azərbaycan çempionunun hücumçusu Felipinyo ilə rəqib komandanın üzvü Arber Şkodra arasındakı mübahisə qəflətən əlbəyaxa davaya çevrilib. Onlar bir-birilərinə zərbə endirməyə başlayıblar.
Kosovo təmsilçisinin digər futzalçısı Anton Uka isə ayağı ilə Felipinyonu vurub. Digər oyunçuların müdaxiləsindən sonra tərəfləri sakitləşdirmək mümkün olub.
Qeyd edək ki, qarşılaşmanın baş hakimi Kriştianu Xose Kardoso Santos davada iştirak etmiş hər 3 futzalçını qırmızı vərəqə ilə meydandan qovub.