Arda Gülər əsas heyətdə yer alacaq

Arda Gülər "Real Soseydad"la görüşdə əsas heyətdə yer alacaq.

Sportline.az xəbər verir ki, türkiyəli futbolçu bu gecə keçiriləcək görüşün əsas heyətinə daxil edilib.

Karlo Ançelotti Cud Bellingem və Rodriqonun yoxluğunu Arda Gülərlə kompesasiya etməyə çalışacaq.

Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.