Arda Turan məşqçiliyə başlayır

Türkiyə millisinin və "Qalatasaray"ın sabiq futbolçusu Arda Turan məşqçiliyə başlayır.

Sportline.az "Milliyet"ə istinadən xəbər verir ki, keçmiş yarımmüdafiəçi Türkiyənin U-21 yığmasını çalışdıracaq. Onun təyinatının yaxın zamanda açıqlanacağı gözlənilir.

Qeyd edək ki, Arda Türkiyədə "Qalatasaray", "Başakşəhər", İspaniyada "Barselona", "Atletiko" kimi klublarda çıxış edib. O, ötən ilin setyabr ayında futbolçu karyerasını başa vurub.