Arda Turan sabiq komandasını çalışdıra bilər
“Atletiko Madrid” klubu argentinalı baş məşqçi Dieqo Simione ilə yanvar ayında yollarını ayırmağı düşünür.
Sportline.az “Relevo” nəşrinə istinadən xəbər verir ki, “Atletiko Madrid” klubunun rəhbərliyi Dieqo Simioneni istefaya göndərməsi halında, “Eyüpspor”un baş məşqçisi Arda Turanı klubunun sükanı arxasına gətirəcək.
Arda Turan 2011-2015-ci illər ərzində “Atletiko Madrid”də çıxış edib.
Qeyd edək ki, Arda Turanın “Eyüpspor” klubu ilə müqaviləsi mövsümün sonunda başa çatacaq.