Arda Turanın cəzası açıqlandı
Türkiyə Futbol Federasiyasının ilk turunda baş verənlərlə bağlı qərarlar açıqlanıb.
Sportline.az xəbər verir ki, yarışın intizam məsələlərinə cavabdeh olan Peşəkar Disiplin Kurulu ciddi cəzalar tətbiq edib.
Cəzalananlar sırasında "Eyüpspor"un baş məşqçisi Arda Turan da var.
O, hakimlərə qarşı qeyri-etik davranışına görə bir oyunluq texniki zonadan kənarda qalmalı olacaq.
"Kasımpaşa"nın çalışdırıcısı Sami Uğurlu isə hakimlərə və rəqib düşərgəyə qarşı söyüş və təhdidlərə görə 7 oyunluq cəzaya məruz qalıb.