Ardanın Türkiyə klubuna keçidi rəsmiləşdi

Türkiyə millisinin üzvü Arda Turan karyerasını Vətənində davam etdirəcək.

Sportline.az  xəbər verir ki, “Barselona”nın futbolçusunun “Başakşəhər”ə keçidi rəsmiləşib. 31 yaşlı yarımmüdafiəçi İstanbul klubunda icarə əsasında oynayacaq.

Onun yeni klubu ilə  1,5 + 1 il sistemində anlaşmaya imza atdığı bildirilir.

Qeyd edək ki, “Barselona”ya 2015-ci ildə “Atletiko”dan keçən Arda Türkiyənin  “Manisaspor” və “Qalatasaray” klublarının da formasını geyinib.