Argentinalı əfsanə dünyasını dəyişib

Argentinaya ilk Dünya Kubokunu qazandıran baş məşqçi Sezar Luis Menotti 85 yaşında vəfat edib.

Sportline.az Beinsports.com-a istinadla xəbər verir ki, "Rosario Sentral", "Rasinq Klub", "Boka Xuniors" və 
"Atletiko Yuventus" klublarının formalarını geyinən və 1978-ci ildə Argentina ilə Dünya Kubokunu qazanan Luis Menotti mayın 5-də həyatını itirib.

Luis Menotti "Hurakan", "Barselona", "Atletiko Madrid", "River Pleyt" kimi komandalarda baş məşqçi vəzifəsində çalışıb.

2019-cu ildə Menotti Argentina millisinə geri dönüb və menecer vəzifəsini icra edib.

Qeyd edək ki, Luis Menotti anemiya xəstəliyindən əziyyət çəkirdi.