Argentina uduzdu, Braziliyadan növbəti qələbə
DÇ-2018-in Cənubi Amerika zonası üzrə təsnifat mərhələsində 10-cu tura yekun vurulub. SportLine.az xəbər verir ki, turun bütün oyunları eyni gündə keçirilib.
Gözlənilməz nəticə Argentina - Paraqvay görüşündə qeydə alınıb. Meydan sahibləri meydanı məyus tərk ediblər.
Braziliya isə növbəti qələbəsini qazanmaqla zirvəyə yüksəlib.
12 oktyabr 2016
DÇ-2018, təsnifat mərhələsi
10-cu tur
Boliviya - Ekvador - 2:2
QOLLAR: Pablo Eskobar, 4 (1:0); Pablo Eskobar, 43 (2:0); Valensiya, 47 (2:1); Valensiya, 89 (2:2)
Kolumbiya - Uruqvay - 2:2
QOLLAR: Aqilar, 15 (1:0); Rodrigez, 27 (1:1); Suarez, 73 (1:2); Yerri Mina, 84 (2:2)
Argentina - Paraqvay - 0:1
QOL: Qonzales, 18 (0:1)
Çili - Peru - 2:1
QOLLAR: Vidal, 10 (1:0); Flores, 76 (1:1); Vidal, 85 (2:1)
Venesuela - Braziliya - 0:2
QOLLAR: Qabriel Xesus, 8 (0:1); Villian, 53 (0:2)