Argentinalı futbolçu Qətər klubunda

Argentina millisinin və PSJ-nin sabiq üzvü Xavyer Pastore karyerasını Qətərdə davam etdirəcək.

Sportline.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi "Qətər Sports" klubuna keçib. Bu barədə Doha təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Pastore ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.4

Son klubu "Elçe" olan Pastore 2011-2018-ci illərdə PSJ-də çıxış edib. O, Paris klubunda 269 oyunda 45 qol, 61 məhsuldar ötürmə ilə yadda qalıb.

Banner