Arnold "Liverpul"a son sözünü deyib
"Liverpul"un ingiltərəli futbolçusu Trent Aleksander Arnold karyerasını "Real Madrid"də davam etdirmək istəyir.
Sportline.az "Marca" qəzetinə istinadən xəbər verir ki, Arnold "Liverpul"un rəhbərliyinə "Real"a transfer olacağını söyləyib.
26 yaşlı futbolçu "Real Madrid"ə mövsümün sonunda azad agent kimi transfer olacaq.
Qeyd edək ki, Arnold "Liverpul"la yeni müqavilə imzalamaq niyyətində deyil.
T.Aleksander Arnold cari mövsüm çıxış etdiyi 22 matçda 5 asistlə yadda qalıb.