"Arsenal" 23 yaşlı futbolçunu izləməyə başlayıb
"Arsenal" 23 yaşlı sol cinah müdafiəçisi Daniel Svenssonu izləməyə başlayıb.
Sportline.az "Bild" nəşrinə istinadən xəbər verir ki, "topçular" yayda sözügedən oyunçunu heyətinə qatmağı planlaşdırır.
İsveç millisinin üzvünün dəyəri "Transfermarkt" portalına görə, 22 milyon avrodur.
Qeyd edək ki, D.Svensson cari mövsüm meydana çıxdığı 30 matçda 3 qol, 1 asistlə yadda qalıb.