“Arsenal” – “Bavariya”: Heyətlərdəki son durum
UEFA Çempionlar Liqasının Liqa mərhələsində 5-ci turun oyunları davam edir.
Sportline.az xəbər verir ki, “Arsenal” “Emireyts” stedyumda “Bavariya” ilə üz-üzə gələcək.
Mikel Artetanın komandasında itkilərin sayı kifayət qədərdir. Kapitan Martin Odeeqard, Viktor Gyökeres, Qabriel Maqalayeş, Qabriel Jesus və Kay Havert zədədən əziyyət çəkir.
Münhen klubunda Lennart Karl, Alfonso Deyvis, Camal Musiala zədə, Luis Diaz cəza səbəbindən komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, start fiti Bakı vaxtı ilə saat 12-də səslənəcək oyunu italiyalı hakim Mark Quida idarə edəcək.